“Qafqazinfo” xəbər verir ki, görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanka Birləşmiş Ərəb Əmirlikləri arasında arasında bütün istiqamətlərdə o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin məmuniyyət yaratdığını deyib. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Nazirinə Azərbaycanla bağlı, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib.
Son xəbərlər
Son Xəbərlər