Qənirə Paşayeva fəxri vətəndaş oldu

qenire-pasayeva-fexri-vetendas-oldu
Oxunma sayı: 1703


“Qafqazinfo” xəbər verir ki,  Bolu Bələdiyyə Başçısı Alaaddin Yılmaz  tərəfindən irəli sürülən və Bolu bələdiyyə məclisində  bələdiyyə üzvləri tərəfindən səs vermə  ilə  qəbul edilən qərara  əsasən Qənirə Paşayeva Türk  dünyası üçün və Bolunun tanıdılmasındakı xidmətləri,  "Marka Şehir Bolu" və I Beynəlxalq Koroğlu Festivalında, Beynəlxalq Koroğlu simpoziumlarında, Türk dövlətləri və toplumları ilə aparılan çalışmalarda qatqılarından, Azərbaycanla Türkiyə arasındakı, Azərbaycanla Bolu arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə  Bolunun fəxri vətəndaşlığına layiq görülüb. Millət vəkili Qənirə Paşayeva qələmə aldığı “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabında "Məndən salam olsun ..."  dediyi Bolu vilayətini bir bolulu qədər tanıtması, sevgisi də  nəzərə alınaraq Bolunun Fəxri Vətəndaşı elan edilib. Bu münasibətlə  Bolu vilayətində Qənirə Paşayeva, Bolu Bələdiyyə sədri Alaaddin Yılmaz , Bolu vilayətinin rəsmiləri, bölgə vətəndaşları və KİV-in iştirakı ilə  Bələdiyyə binasında Qənirə Paşayevaya Fəxri Vətəndaşlığı təqdim etmə mərasimi təşkil olunub.  

Təqdimat mərasimində çıxış edən Bolu Bələdiyyə Başçısı Alaaddin Yılmaz millət vəkili Qənirə Paşayevanın Türk dünyasındakı problemlərə özünü həsr etdiyini deyərək  “Türk dünyasının birlik və bərabərliyi üçün Qənirə Paşayeva bütün səylərini sərf edir. Bizim hamımızın hədəfi Türk dünyasını birliyidir, bir araya gətirməkdir.  

Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva ona göstərilən bu etimadı yüksək qiymətləndirib. Millət vəkili onu “Fəxri vətəndaşlıq” adına layiq görən Bolu Bələdiyyə sədri Alaaddin Yılmaza və bu qərarı dəstəkləyən bələdiyyə üzvlərinə  və bütün Bolululara təşəkkürünü bildirib.