Qənirə Paşayeva gürcü deputatlarla görüşdü

qenire-pasayeva-gurcu-deputatlarla-gorusdu
Oxunma sayı: 634

“Qafqazinfo” xəbər verir ki, millət vəkili, görüş zamanı bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir və iki ölkə arasında yaxşı siyasi, iqtisadi və mədəni əlaqələr mövcuddur. “Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulması kimi oxşar problemi var. Bunları da həll etmək üçün bizim daha güclü şəkildə biri-birimizə dəstək verməyimizə ehtiyac var”.

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tedo Çaparidze və nümayəndə heyəti üzvləri bildiriblər ki, hər iki ölkənin parlament üzvlərinin, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin birgə fəaliyyətinin daha da güclənməsi, birgə səylərin daha da artırılması vacibdir. Parlamentlərarası əlaqələrin, dostluq qrupları arasında və nümayəndə heyətləri arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb.