Qənirə Paşayeva həmmüəllifi olduğu kitabları Türkiyədə təqdim etdi

qenire-pasayeva-hemmuellifi-oldugu-kitablari-turkiyede-teqdim-etdi
Oxunma sayı: 1089



“Qafqazinfo” xəbər verir ki, Malatya İnönü Üniversitetində keçirilən tədbirdə universitetin rektoru Cemil Çelik, alimlər, ziyalılar və tələbələr iştirak edib. Təqdimat və imzalanma mərasimi zamanı Qənirə Paşayeva deyib ki, Türkiyə türkcəsində olan və sabiq millət vəkili Havva Məmmədova ilə birgə hazırladıqları “Hocalı soykırımı: tanıkların dilinden” kitabı Türkiyədə və dünyanın bir çox bölgələrində yaşayan türk gəncliyinə Xocalı Soyqırımı ilə bağlı daha geniş bilgilər vermək, onların bu soyqırıma doğru gələn tarixi, yaşanan faciələri, soyqırım günü yaşananları daha geniş öyrənməsinə nail olmaqdır. Kitabda işğal zamanı girovluqda işgəncələrə məruz qalmış Xocalı sakinlərinin acı xatirələri də yer alıb. 

Tərbirdə iştirak edən alimlər və ziyalılar bu ktabların gənclərin ortaq tariximizi daha yaxından öyrənməsi üçün çox önəmli olduğunu vurğulayaraq millət vəkili Qənirə Paşayevaya təşəkkürlərini bildiriblər. Millət vəkili Qənirə Paşayeva Malatya Universitetinin kitabxanasına müəllifi olduğu kitablarla bərabər, Azərbaycan həqiqətləri, Qarabağ həqiqətləri ilə də bağlı çoxlu sayda kitab hədiyyə edərək gəncləri onları oxumağa səsləyib.