“Qafqazinfo” xəbər verir ki, millət vəkili partiya sədrini Macarıstanda və Avropada Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı haqda həqiqətlərin daha geniş yayılmasında dəstək və səylərini artırmağa çağırıb. Hər zaman Qarabağ məsələsində, Xocalı Soyqırımının yayılmasında göstərdiriyi dəstəyə görə Vona Gabora təşəkkürünü bildirən Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin, özəlliklə Xocalı Soyqırımı barədə həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində onun və rəhbərlik etdiyi partiyanın, hərəkatın dəstəyini və səylərini daha da artıracağına inandığını deyib.
Azərbaycanın haqlı davasına bundan sonra da hər zaman dəstək verəcəyini deyən Vona Gabor bildirib ki, Azərbaycan qardaş ölkədir və onun rəhbərlik etdiyi partiya Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük önəm verir.
Son xəbərlər
Son Xəbərlər