Qənirə Paşayeva məzunları mükafatlandırdı- - Fotolar

qenire-pasayeva-mezunlari-mukafatlandirdi-
Oxunma sayı: 956


"Qafqazinfo"ya daxil olan məlumata görə, millət vəkili bildirib ki, hansı peşənin sahibi olmaq istəyindən asılı olmayaraq hər bir gənc eyni zamanda öz ana dilini, ədəbiyyatını və tarixini də dərindən öyrənməlidir. O, Tovuz gənclərinin daha böyük potensiala malik olduğunu və onların daha çox təhsilə yönləndirilməsinin vacibliyini vurğulayıb. Hərbi məktəblərə daxil olan gənclərin də hər il artması və Tovuzun bu nəticələrə görə ön sırada olmasını müsbət hadisə kimi qiymətləndirərək bu il bu göstəricilərin daha da artacağına inandığını deyib. 

Rayon təhsil şöbəsinin rəhbərliyi birldirib ki, 152 gənc artıq hərbi məktəblərə sənəd vermək üçün hazırlaşır.Gəncləri dinləyən millət vəkili onlara müəyyən tövsiyyələrini də verib.

Qənirə Paşayeva onlar üçün daha böyük vəzifələrin bundan sonra başladığını vurğulayıb: “Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir şagirdimiz etməlidir, lakin sizlərin ikiqat məsuliyyəti var, çünki mövcud uğurlarınız bizə bunu deməyə əsas verir, yəni, siz daha böyük vəzifələrə hazırlanmağı bacararsınız, buna sizin potensialınız var”.

Görüşün sonunda millət vəkili bütün görüş iştirakçılarına hədiyyələr və özünün müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib.