Qənirə Paşayeva nazirlə görüşdü

qenire-pasayeva-nazirle-gorusdu
Oxunma sayı: 748


 “Qafqazinfo” xəbər verir ki, görüşdən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycanın  Böyük Britaniya ilə bütün istiqamətlərdə əlaqələrin  inkişafına  böyük önəm verdiyini deyib. Azərbaycan ilə Böyük Britaniya  arasında  həm  hökumətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdiyini deyən millət vəkili bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə gücləndiyini bildirib. Azərbaycanın Böyük Britaniya ilə bütün istiqamətlərdə münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu deyən Q.Paşayeva iki dövlət arasında güclü siyasi, iqtisadi-ticarət əlaqələrinin olduğunu bildirib. Millət vəkili eyni zamanda, Dağlıq Qarabağ  münaqişəsi nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə məlumat verib və Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara  qarşı  20-ci əsrin əvvələrində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi  və  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən  “Azərbaycan Həqiqətləri”  filmləri kataloqunu və materialları xanım nazirə təqdim edib. 

Azərbaycana xoş münasibət bəslədiyini deyən Böyük  Britaniyanın  Məşğulluq naziri  Ester Mcvey  Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyi və onun daha da inkişafında  maraqlı olduqlarını deyib. Millət vəkilinin  xanım naziri Azərbaycana dəvətinə isə o, Azərbaycanı yaxından görməkdən məmunluq duyacağını deyib.