“Qafqazinfo”ya daxil olan məlumata görə, kənd ziyalıları uşaqlarla bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunub. Tədbirdə iştirak edən millət vəkili uşaqlarla bir arada olmaqdan məmnun olduğunu deyib. Ermənistanla ön cəbhədə yerləşən kəndlərimizdə yaşayan insanların fədakarlığını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva bu kəndlərdən çoxlu şəhid qəhrəman oğullarımız var və gənclərimizə onların Vətən, torpaq sevgisini daha çox anlatmalıyıq deyib: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir”.
Görüşün sonunda Q.Paşayeva məktəbin kitabxanasına gənclərin oxuması üçün kitablar hədiyyə edib.
Son xəbərlər
Son Xəbərlər