Qənirə Paşayeva səfiri Tovuza apardı

qenire-pasayeva-sefiri-tovuza-apardi
Oxunma sayı: 695

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili ilk olaraq diplomata Azərbaycan xəritələri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü haqqında məlumat verib və hazırda Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini bildirib.

Rayonun sərhəd kəndində olan diplomata Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq sərhəd kəndlərini, sivil insanları atəşə tutması, sakinlərin əkin-biçinlə məşğul olmalarına mane olmaları, xüsusilə yay aylarında yanğınlar törətmələri, snayperlərlə əkin sahələrinin suvarılmasına mane olmaları barədə məlumat verilib. Səfirə məlumat verilərkən bildirilib ki, Ermənistan silahlı qüvvələri snayperlərlə qəbiristanlığa gedən sakinləri hədəfə alırlar. Onlar hər il qəbiristanlığı və onun içərisində yerləşən tarixi-dini abidələri yandırırlar.

Qənirə Paşayeva Mərakeş səfirinin Tovuza səfərindən danışarkən bildirib ki, səfirin burada, Ermənistanla sərhəddə baş verənləri görərək onu olduğu kimi öz ölkəsinə çatdırması baxımından çox vacib bir məsələdir.

Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunan səfir bildirib ki, onun ölkəsi bütün beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb və dəstəkləyir. Səfir rayonun turizm üçün görməli yerləri, tarixi abidələri ilə də tanış olub və bu səfərdən çox razı qaldığını deyib.

Fatimə Kərimli