Qənirə Paşayeva Şuşada əsgərlərlə görüşdü - Fotolar

Qənirə Paşayeva Şuşada əsgərlərlə görüşdü
Oxunma sayı: 2738

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Şuşada qulluq edən bir qrup əsgər və zabitlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, hərbçilərimizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edən Q.Paşayeva, “Şuşa İli”ndən, Şuşanın qeyri adi üsulla azad edilməsindən, ümumən Milli Ordumuzun tarixindən danışaraq, 44 günlük müharibədəki tarixi Zəfərimizi Dünya Azərbaycanlılarının, Türk dünyasının böyük qüruru kimi xarakterizə edib, Ordumuzu Qafqazın ən güclü ordusu adlandırıb.

“Əziz hərbçilərimiz, sizlər xoşbəxt insanlarsız. Xoşbəxtsiz ki, əziz Şuşada xidmət edirsiz. İnanıram ki, sizlər Şuşada hərbi xidmətin şərəf və məsuliyyətinin yüksək dərəcədə fərqindəsiz. Sizi, sizin timsalınızda işğaldan azad edilmiş ərazilərimizdə xidmət edən hərbçilərimizi, bütün ordu mənsublarımızı ürəkdən təbrik edir, uğurlar diləyirəm! Var olun!” ,- Qənirə Paşayeva bildirib.

Q.Paşayeva və onunla birgə görüşdə iştirak edən vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, iş dünyasının təmsilçiləri hərbçilərimizə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.