“Qafqazinfo”ya daxil olan məlumata görə, millət vəkili Qənirə Paşayeva deputat seçildiyi Tovuz rayonunun kəndlərini gəzib və seçiciləri ilə görüşüb. Millət vəkili ilə görüşdə seçicilər ünvanlı sosial yardım, təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirərlər aparıblar.
Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib. Azərbaycanın xarici siyasət uğurları ilə bərabər daxili siyasətdə də əldə etdiyi uğurlara toxunan millət vəkili Qənirə Paşayeva son illərdə ölkəmizdə aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb və cənab Prezident İlham Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr, işlər barədə də ətraflı məlumatlar da verib.
Son xəbərlər
Son Xəbərlər