Qənirə Paşayevadan çağırış

qenire-pasayevadan-cagiris
Oxunma sayı: 1182


“Qafqazinfo” xəbər verir ki, millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Türk Ocaqlarının rəhbəri professor Mehmet Öz, idarə heyəti üzvləri, Bolu və Safranbolu Türk Ocaqların rəhbərləri, fəalları, gənclərlə görüşüb. Qənirə Paşayeva aralarında Azərbaycanın böyük şəxsiyyətləri Əli Bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun da olduğu Türk Ocaqlarının qurucularını rəhmətlə anaraq türk dünyasının müxtəlif bölgələrindən gəlmiş dədələrimizin qurduğu və türk milləti üçün gözəl işlər görmüş bu ocağın bundan sonra da Türk Dünyasın ilə bağlı bütün məsələlərdə o cümlədən Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı həqiqətlərinin daha da geniş şəkildə yayılmasında rolunu daha da artıracağına inandığını deyib. Türk Ocaqlarında çox dəyərli aydınların və gənclərin toplaşdığını deyən millət vəkili Qənirə Paşayeva gəncləri harda baş verməsindən asılı olmayaraq Türk milləti ilə bağlı məsələlərdə daha da duyarlı olmağa çağırıb. Türk Ocaqlarının rəhbəri, professor Mehmet Öz qurumun həyata keçirdiyi və planlaşdırdığı layihələr barədə məlumat verərək, Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını söyləyib. Türk Ocaqlarının 100 illik tədbirlərinin Bakıda qeyd edilməsini və Türk Ocaqları ilə əməkdaşlıqda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin fəaliyyətini yüksək qiymətləndirən Türk Ocaqlarının rəhbəri Mehmet Öz əməkdaşlığın bundan sonra daha da genişlənməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə fikir və təkliflərini səsləndirib.