Qənirə Paşayevaya qarşı təxribat

qenire-pasayevaya-qarsi-texribat
Oxunma sayı: 3500


“Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili facebook hesabında yazıb. Millət vəkili qeyd edib ki, ötən gün kimlərinsə rəsmi twitter hesabımın parolunu oğurlayaraq özəl mesaj qutumdan bəzi dostlara adımdan mesaj yazdıqlarının şahidi olub: 

“Yazılan mesajı tamam silməyi unutduqlarından bir parçası bu əxlaqsızlığı və tərbiyəsizliyi anlamamıza vəsilə oldu. Sizdən ricam son 2 gündə və ondan öncə özəl məsaj qutumdan sizlərdən kimlərəsə şübhələndiyiniz, narahatedici və ya bunu Qənirə xanım yazmaz dediyiniz mesaj gəlibsə, mütləq bizə xəbər verin. 

Qənirə Paşayeva əlavə edib ki, mütəxəsislərin dəstəyi ile twitter hesabının güvənliyi daha da artırılıb: “Başqalarının hesabına girmək, məktublar yazmaq və ya məktublar oxumaq dünyada bir insanın edə biləcəyi ən büyük əxlaqsızlıq və tərbiyəsizlikdir. Təəssüf ki, günümüzdə bu cür əxlaqsız və tərbiyəsiz insanların sayı artmaqdadır. (GaniraP) mənim tək rəsmi twitter hesabımdır. Təəssüf ki, bəzi insanlar bütün əxlaq normalarını pozaraq mənim adıma başqa twitter və çoxlu sayda facebook hesabları açıblar. Mənim tək facebook hesabım (Ganire Pashayeva). Artıq bu hesablarla və baş verən hadisə ilə bağlı araşdırma aparılması və tədbirlər görülməsi üçün bu gün əlaqədar dövlət qurumlarına müraciət  göndərilib. Ümid edirəm ki adıma saxta tvitter və facebook hesabı açan şəxslər nə qədər böyük əxlaqsızlıq və tərbiyəsizlik etdiklərinin fərqinə vararaq bu tərbiyəsizliyi dayandıracaqlar ”.