Qənirə Paşayevaya Türkiyədə mükafatlandırıldı- - Foto

qenire-pasayevaya-turkiyede-mukafatlandirildi-
Oxunma sayı: 1393




“Qafqazinfo” xəbər verir ki,  Siyasətdə, Sivil toplumda, İş dünyasında aktiv və güclü qadınları mükafatlandıran "4-cü ANGİAD Kadın Platformu"nun tədbirində Türkiyə, Türk dünyası və müsəlman ölkələrindən bir sıra ictimai-siyasi xadimlər, iş qadınları, qeyri-hökumət və KİV nümayəndələri, İş qadınları qatılıb. Qadınların siyasi, sosial və iqtisadi statusunun güclənməsinin, demokratik inkişafının və toplumsal rifah səviyyəsinin göstəricilərindən olduğunu vurğulayan ANGİAD Yönetim Qurulu Başqanı Fatma Semiz dünyanın en böyük iqtisadiyyatları i arasında yer almağı hədəfləyən Türkiyədə toplumsal cinsi bərabərliyin önəminə diqqət çəkdi. Semiz dünyada qadınların hər sahədə iştiraklarının son on ildə önəmli şəkildə artdığını deyərək, amma bunun yetərli olmadığını, hər sahədə qadın və kişilərə bərabər imkanların yaradılmasının vacibliyinə diqqət çəkdi.

Bir sıra çıxışçılardan sonra AK Parti Ankara millət vəkili Tülay Selamoğlu, MHP Genel Başkan Yardımcısı, millət vəkili Zuhal Topçu, Ankara Büyükşehir Bələdiyyə Başqanı Melih Gökçekin xanımı Nevin Gökçek, Azərbaycan millət vəkili Qənirə Paşayeva, Fas Krallığı ailəsinin üzvü Lalla Omnia El Hassani Sbai, Sosyal Güvenlik Kurumu Başkanı Yadigar Gökalp İlhan, milli sporcu Gizem Girişmen, yazar Cemalnur Sargut, "AYİŞA" dərgisinin sahibi Pınar Küçükşabanoğlu, oyuncu Pelin Karahan, sunucu Saba Tümerin də olduğu bir sıra qadına ödüllər təqdim olunub.