“Qərardan sonra “Azərsu”nun gəlirləri 92.5 milyon manat artacaq”

qerardan-sonra-azersunun-gelirleri-925-milyon-manat-artacaq
Oxunma sayı: 2154

“Qiymət artımından sonra “Azərsu” ASC tərəfindən bütün təhlillər aparılır. Şirkətin bundan sonra ƏDV-siz gəlirləri 92. 5 milyon manat artacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Azərsu” ASC-nin iqtisadiyyat şöbəsinin müdiri Elçin Camalov bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bazar iqtisadiyyatının qaydaları var, qiymətlər qalxanda məhsullara tələbat azalır. Ona görə də istehlakın 3-5 faiz azalması gözlənilir.

“Tariflərin artmasından əvvəl “Azərsu” ASC-yə dövlət yardımı ödənilirdi. Qiymət artımından alınan məbləğ istehlakçılara yönəldiləcək. Tariflərin artırılması “Azərsu” ASC-nin büdcədən asılılığını azaldacaq”.

Gülnar Əliyeva