Qərb bölgəsində güclü külək... - Video+Fotolar

qerb-bolgesinde-guclu-kulek
Oxunma sayı: 9125

Hazırda Gəncə şəhərində güclü külək müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, küləyin yaratdığı fəsadlar bir sıra çətinliklərə yol açıb.

Belə ki, şəhərin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

İlkin məlumata görə, qeyri-sabit hava şəraiti nəticəsində şəhərin H. Əliyev prospektində iri gövdəli ağac avtomobilin üzərinə aşıb.

***

Qərb bölgəsində müşahidə olunan güclü külək Qazax və Ağstafada da ciddi fəsadlara yol açıb.

Belə ki, hər iki rayonda küləkli hava şəraiti evlərin dam örtüyünü uçurub. Bundan başqa bir çox ağacları kökündən çıxarıb. Hazırda sözügedən bölgədə küləkli hava şəraiti davam edir.

Yunis Quliyev