Qərb İranın nüvə fəaliyyəti ilə bağlı bəyanat yaydı

qerb-iranin-nuve-fealiyyeti-ile-bagli-beyanat-yaydi
Oxunma sayı: 2930

Fransa, Almaniya, Böyük Britaniya və ABŞ hökumətləri, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın Agentliyə məlumat vermədən Fordo zavodundakı bəzi sentrifuqalarının konfiqurasiyasında əhəmiyyətli dəyişiklik etməsi barədə hesabatı ilə əlaqədar olaraq, İranı beynəlxalq öhdəliklərə əməl etməyə və bu qurumla əməkdaşlıq etməyə çağıran bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Bəyanatda qeyd edilir ki, bu sentrifuqalar 60 faizə qədər yüksək zənginləşdirilmiş uran istehsal edir və Fordo Zənginləşdirmə Zavodunda yerləşir. Bildirilməyən bu dəyişiklik İranın NPT çərçivəsində Əhatəli Təminatlar Sazişindən irəli gələn öhdəliklərinə uyğun gəlmir. Tələb olunan bildirişlərin olmaması Agentliyin İranın nüvə obyektlərini vaxtında aşkar etmək imkanlarını zəiflədir. İranın hərəkətləri bu dövlətin verdiyi açıqlamalara yox, MAQATE-nin qərəzsiz və obyektiv hesabatlarına uyğun qiymətləndirilir.

Bəyanatda bildirilir ki,  İranın Fordo Zənginləşdirmə Zavodunda yüksək zənginləşdirilmiş uranın istehsalı ilə bağlı xəbərlər risklidir. İranın hərəkətləri narahatlıq doğurur. Bu dövlət JCPOA çərçivəsində öhdəliklərin icrasını, o cümlədən Əlavə Protokolunun icrasını dayandırıb. Ötən il İdarə Heyətinin bu məsələ ilə bağlı iki qətnamə qəbul etməsinə baxmayaraq, İran hələ də AEBA-nın suallarına cavab verməyib:

“Biz İranı JCPOA irəli gələn bütün hüquqi qüvvəyə malik beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”.