Qondarma erməni genosidi barədə 8 tezisin qeyd edilməli olduğunu düşünürəm...
1. Qərb (hətta Avstraliya da) XX yüzilin əvvəllərində Osmanlının nüvəsində yeni Türkiyə Cümhuriyyətinin qurulmasına əngəl ola bilmədi. İndi siyasi-psixoloji savaş aparılır-bu səlib yürşlərinin və türklərə qarşı XX yüzilin əvvəllərindəki savaşların başqa şəkildə davamıdır.
2. Ermənistan Afrikada olsa idi onun üzünə baxan olmazdı. Ermənistanın dəyəri Türkiyənin qonşuluğunda yerləşməsidir-lazım olanda qırmanc kimi tez ələ alınır.
3. Bu gün Ermənistan desə ki, genosid-filan olmayıb, qərb onu boğar.
4. "Ermənilər dünyanı "genosid" yalanına inandırdı" fikri özünüaldatmaqdır-bu yalanı qərb özü uydurub.
5. Genosid-bir etnosu tarixən yaşadığı ərazilərdə yaşamaq imkanından qovmaqla, qırmaqla mərhum etmək və onun yaratdığı mirası yer üzündən silməkdir. Bu gün erməni Türkiyədə də, Gürcüstanda da, İranda da, Azərbaycanda da rahat yaşayır-amma Ermənistanda bir türk, fars, gürcü kəndi, hətta ailəsi belə tapa bilməzsiniz. Genosid budur-hamı da görür və yaxşı bilir.
6. Amerika qitəsinə baxın-fransızlar və ingilislər buradakı yerli etnosların çoxunu yer üzündən necə sildilər. Afrikadan qara dərililəri qul edib bu torpaqlara daşıdılar, yerdə qalan əhalini milçək kimi qırdılar. Bunun adı nədir? Niyə Türkiyə parlamenti bu hadisələrə qiymət vermir?
7. Türkiyə neçə illərdir qərbə demokratik dövlət olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxır, onun qarşısında öyrənci kimi imtahan və hesabat verməkdən yorulmur, aşırı demokratiya onu içəridən sarsıdır-gah erməni yüksək vəzifəyə təyin edilir, o da naz edir, gah ölkə başçısı Ermənistana futbola baxmağa gedir, qarşı tərəf nazla, minnətlə analoji addım atır, dağlarda əsgərləri qətl edirlər, şəhərdə jandarmın başına od yağdırılır, dükan-bazarı, evləri, malı-mülkü yandırıb yaxırlar, daha nələr. Belə demokratiya harda var?
8. Türkiyə özünə qayıtmalı, demokratiya ilə oynamağa son qoymalı, təhlükəsizlik təhdid olan yerdə qətiyyətli və sərt olmalıdır. Diqqətlə baxanda mürəkkəb etnoqrafik mənzərəsi olan bu dövlət qərbin bütün demokratik ölkələrindən demokratikdir. Yaxud heç bir qərb dövləti Türkiyənin halında onu qədər demokratik ola bilməz-nə mümkünsə edilib-bundan o tərəfi ölkənin parçalanmasıdır.
Son xəbərlər
Son Xəbərlər