Qərb regionu üzrə Rus icmasının konfransı keçirilib

qerb-regionu-uzre-rus-icmasinin-konfransi-kecirilib
Oxunma sayı: 954


“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Rus İcmasının sədri Mixail Zabelin, sədr müavini

B. Voronin, Kəpəz və Nizami rayonları üzrə Rus İcmasının sədrləri, Gəncə şəhər İcra Hakimiyyətinin ictimai- siyasi şöbəsinin müdiri Həsən Əliyev, YAP Gəncə şəhər Təşkilatı İdeoloji şöbənin müdiri Hüseyn Budaqov, rusdilli xalqların Qərb regionunda yaşayan nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə Qərb regionu üzrə Rus İcmasının sədri Valeri Kozin açaraq, gündəlikdə duran məsələlər barədə məlumat verib.

Konfransda Rusiya və Sovet İttifaqı Ali məktəb Şuraları Assosiasiyasının sədri Ü. Əliyev “Novosti Gəncə” qəzetinin redaktoru, Qərb regionu üzrə Rus İcmasının sədr müavini İ.Kalaşnikova, Gədəbəy rus icmasının sədri N. Bıçkov, YAP Gəncə şəhər Təşkilatı İdeoloji şöbənin müdiri H. Budaqov, ADAU-nun kafedra müdiri

Qərb regionunun Rus İcmasının fəaliyyəti iştirakçılar tərəfindən qənaətbəxş hesab olunub.

Konfransda müzakirə olunan məsələlər barədə qərar qəbul edilib və Azərbaycan Rus İcmasının Bakıda keçiriləcək qurultayına nümayəndələr seçilib.

Sonda “Novosti Gəncə” qəzetinin təşkilatçılığı ilə Gəncə şəhər ümumtəhsil məktəbləri arasında keçirilən və 9 May Qələbə gününə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.