Qərb rəsmi Kiyevə ilk dəfə belə tanklar verəcək

qerb-resmi-kiyeve-ilk-defe-bele-tanklar-verecek
Oxunma sayı: 2616

Britaniya hökuməti Ukraynanı öz tankları ilə təmin edəcək.

"Qafqazinfo" Financial Times”ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak bununla bağlı müdafiə nazirinə müraciət edib.

O bildirib ki, Ukraynaya yeni hərbi dəstək paketi göstərmək lazımdır. Paketə tanklar da daxil edilib.

Bu isə Qərb ölkəsinin rəsmi Kiyevə müasir ağır döyüş tankları verməsi ilə bağlı ilk hadisə olacaq.