“Qərb Rusiyanı parçalamaq istəyir” - Lavrov

qerb-rusiyani-parcalamaq-isteyir
Oxunma sayı: 4442

"Qərb Rusiyanı müstəqil siyasi kursuna görə parçalamaq istəyir".

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasında deyib.

“Aydındır ki, Monro Doktrinası qlobal miqyas alır. Vaşinqton bütün dünyanı öz “arxa bağçasına” çevirməyə çalışır”, - deyə Rusiya XİN rəhbəri qeyd edib.

Lavrov əmindir ki, ABŞ-ın Ukrayna ilə bağlı strategiyası nə vaxtsa bəlli olacaq. Həmçinin, o, ABŞ və Aİ-nin Rusiyanı taxıl və gübrə ixracı üçün yaratdığı maneələri aradan qaldırmadığını vurğulayıb.

“Rusiya Federasiyası BMT-ni enerji böhranının aradan qaldırılması üçün səyləri səfərbər etməyə çağırır”, - deyə Lavrov əlavə edib.