“Qərb Ukraynada Rusiyaya qarşı real müharibə aparır”

qerb-ukraynada-rusiyaya-qarsi-real-muharibe-aparir
Oxunma sayı: 2043

“Qərb Ukraynada Rusiyaya qarşı hibrid deyil, real müharibə aparır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pretoriyada cənubi afrikalı həmkarı Naledi Pandor ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.

ABŞ-nin Rusiya ilə əməkdaşlıq edən digər ölkələri də təhdid etdiyini deyən Lavrov ABŞ və Böyük Britaniyanın təhdid və təzyiqlərlə bütün qırmızı xətləri pozduğunu bildirib:

“Onlar 1000 illik böyük sivilizasiyaları təmsil edən böyük dövlətləri hədələyir və bu xalqların milli qürurunun olduğunu görməzdən gəlirlər”.