Qərb Universitetində tələbələrin baxış imtahanı keçirilib

qerb-universitetinde-telebelerin-baxis-imtahani-kecirilib
Oxunma sayı: 1015

Qərb Universitetində Dizayn fakültəsi tələbələrinin növbəti baxış imtahanı keçirilib. Baxışda 624/1, 624/2 qrup tələbələrinin qrafik layihələri, rəsm, rəngkarlıq kompozisiyaları təqdim olunub.

Universitetin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, təqdim olunan layihələr öz aktuallığı, mövzu seçimi və qrafik materialları ilə komissiya üzvlərinin müsbət rəyi ilə qiymətləndirilib.

Qeyd edək ki, 1996-cı ildən etibarən mütəxəssislər hazırlayan Dizayn fakültəsi özəl ali təhsil müəssisələri içərisində ilk dəfə Qərb Universitetində yaradılıb.