“Qərbdən ərazilərin verilməsi ilə bağlı çağırışlar var” - Zelenskinin ofisi

qerbden-erazilerin-verilmesi-ile-bagli-cagirislar-var
Oxunma sayı: 4135

Qərbdən Ukraynaya ərazilərin verilməsi ilə bağlı çağırışlar edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.

 “Avropada rusiyayönlü lobbiçilər yavaş-yavaş başlarını qaldırmağa başlayırlar. Bu gün müəyyən siyasətçilər bizə yeni gündəm təklif edir: atəşkəs, dondurulmuş münaqişə və sülh naminə ərazilərin bir hissəsinin təhvil verilməsi. Qərbin nəzərində sözün əsl mənasında aşağıdakıları oxumaq olar: “Biz müharibədən əvvəlki köhnə həyat tərzini qaytarmaq istəyirik, hansısa güzəştlərlə razılaşın”, - deyə Podolyak bildirib.

Onun sözlərinə görə, Ukrayna bu müzakirədə iştirak etməyəcək.