“Qərbin İranla nüvə razılığına gəlməsi üçün az vaxtı qalıb”

qerbin-iranla-nuve-raziligina-gelmesi-ucun-az-vaxti-qalib
Oxunma sayı: 668


“Qafqazinfo”nun “Media forum” saytına istinadən verdiyi məlumata görə, Zərif deyib ki, İranla 5+1 qrupu arasında uranı zənginləşdirmə hüququ, ağır su məsələsi və sanksiyalarla bağlı ixtilaflar var: “Sentrifuqaların sayı məsələsinə gəldikdə isə İranın bu haqda mövqeyi aydındır və qarşı tərəfin sentrifuqaların sayının azaldılması ilə bağlı israrı əbəsdir.

Qərbin İranla nüvə razılığına gəlməsi üçün az vaxtı qalıb. Əgər onlar İranın nüvə proqramının dinc xarakter daşıdığına əmin ola bilsələr, problem öz həllini tapacaq”.

İranla Qərb arasında 6 aylıq nüvə razılaşmasının vaxtı iyulun 20-də başa çatıb. İyulun 1-dən 20-nə qədər davam edən danışıqlarda müəyyən irəliləyiş olsa da, tərəflər tam razılığa gələ bilməyiblər.

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif və Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton Vyanada birgə mətbuat konfransı keçirərək danışıqların bu il noyabrın 24-dək uzadılması qərarına gəldiklərini bildiriblər. Vyana razılaşmasına görə, İranın 2,8 milyard dollarının üzərindən sanksiyalar götürülür. Əvəzində Tehran 20 faizədək zənginləşdirilmiş uran ehtiyatının neytrallaşdırılması ilə barışır.