“Qərbin məqsədi bir parça torpaqdır” - Lukaşenko

qerbin-meqsedi-bir-parca-torpaqdir
Oxunma sayı: 2277

“Qərbin məqsədi ölkəni parçalamaq, ən azı bir ovuc torpaq ələ keçirmək, daha sonra isə həmin əraziyə qoşunlar göndərməkdir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin rəsmi xəbər agentliyi olan “Belta”ya müsahibə verib.

Lukaşenko Belarus hakimiyyətinin Qərblə davam edən informasiya müharibəsinin hərbi mərhələyə keçməməsi üçün səy göstərdiyini vurğulayıb:

“İlk növbədə, ölkədə informasiya müharibəsi gedir. Media. Bu həm də iqtisadi müharibədir, başqa cür adlandıra bilməzsiniz. Biz ölkəni qaynar müharibədən uzaq tutmaq üçün hər şeyi edirik. Biz bu günə qədər buna nail olmuşuq. Hesab edirəm ki, biz Belarusda həmişə olduğu kimi münaqişənin qarşısını ala bilərik”.

Belarus lideri Qərbə miqrasiya edən yerli müxalifət fəallarının müharibənin alovlanmasına dəstək verdiyini bildirib:

“Biz onların orada nə etdiklərini mütləq bilirik. Amerikadan tutmuş Brüsselə qədər müxtəlif qərar qəbuletmə mərkəzlərini, məsləhətçiləri gəzib pul istəyirlər. Ən əsası isə media vasitəsilə edilən hücumlar effekt vermədikdə, onların hamiləri Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” hücumu kimi terror aktları ilə onları qaynar konfliktlərə məcbur edirlər”.