Qərbin Navalnı ilə bağlı bəyanatlarına Lavrovdan reaksiya

qerbin-navalni-ile-bagli-beyanatlarina-lavrovdan-reaksiya
Oxunma sayı: 1969

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Navalnının həbsi ilə bağlı bəyanatlar Qərbin liberal inkişaf modelinin içində böhrandan diqqəti yayındırmaq məqsədi daşıyır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Lavrov Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında açıqlama verib.

“Navalnının Rusiyaya qayıtması ilə bağlı dünənki xəbərlərdən necə yapışdıqlarını gördük. Təkrar şərhlərin necə bir sevinclə verildiyi hiss olunur. Sevinclə, çünki, göründüyü kimi, Qərb siyasətçiləri bununla diqqəti liberal inkişaf modelinin içində olduğu ən dərin böhrandan yayındıracaqlarını düşünürlər”,- deyə Lavrov qeyd edib.