“Gürcüstan rəhbərliyi ölkədə LGBT-nin təbliğini qadağan edən qanun layihəsinin nəzərdən keçirilməsinə dair Qərbin tənqidlərini anlaşılmaz hesab edir”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze dyib.
“Arqumentsiz tənqid eşitdikdə bu, narahatlıq doğurur. Avropa İttifaqı və ABŞ nümayəndələrinin ailə dəyərləri və yetkinlik yaşına çatmayanların hüquqlarının qorunmasına istiqamətlənən qanun layihəsini niyə tənqid etmələri aydın deyil”, - deyə Kobaxidze brifinqdə deyib.
Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası tərəfindən təklif edilən sözügedən qanun layihəsi ölkədə LGBT-nin təbliğini, eynicinslilərin nikahını, cinsin dəyişdirilməsini, eləcə də eynicinsli münasibətləri təbliğ edən tədbirlərin keçirilməsinin qadağan edilməsini nəzərdə tutur. Qanun layihəsi bir neçə gün əvvəl Gürcüstan parlamentində ikinci oxunuşda qəbul edilib.