Aprelin 4-də Məhəmmədi qəsəbəsində 4 naməlum şəxs qəsəbə sakini T.Həşimovu döyüb və bıçaqla hədələnərək 3000 manatını alıblar.
“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, quldurluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri Cavanşir Şirinov, Həmid Allahverdiyev, Murad Əliyev və əvvəllər məhkum olunmuş Ceyhun İsmayılov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər