Qətər – Azərbaycan matçının vaxtı açıqlandı

qeter-azerbaycan-matcinin-vaxti-aciqlandi
Oxunma sayı: 805

Qətər və Azərbaycan milli komandaları arasında martın 9-da keçiriləcək yoldaşlıq oyununun başlama saatı və keçiriləcəyi məkan məlum olub.

“Qafqazinfo” xəbər verir ki, matç Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionda keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 20:00 start götürəcək.

Qeyd edək ki, Şeyx Cassim ibn Hamad adına stadion 15 min azarkeş tutumuna malikdir.