Qətər böhranı İordaniyaya milyonlarla dollar ziyan vurdu

qeter-bohrani-iordaniyaya-milyonlarla-dollar-ziyan-vurdu
Oxunma sayı: 722

İyunun 5-də 9 ölkənin Qətərlə diplomatik münasibətlərini dayandırması bu ölkəyə məhsul ixrac edən ölkələrə təsirsiz ötüşməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, böhran səbəbindən Qətərə ixracı dayandıran ölkələrdən biri İordaniyadır.

Bu ölkə 1 ay ərzində Qətər sərhəddindən 40 TIR İordaniyaya geri qayıdıb. Bundan başqa, ölkədə ümumilikdə 500 TIR fəaliyyətsiz qalıb ki, bu da İordaniyaya 8,5 milyon dollar ziyan vurub.

İordaniyalı rəsmilər Qətərə ixracatı dəniz və hava yolu ilə göndərmək istəyir. Lakin, bu yolla qiymətlərin baha olması hələlik ixracatı gecikdirir. İordaniya Qətər böhranının qısa zamanda həll olunacağına ümid edir.