Qətər əmiri Bakıda

qeter-emiri-bakida
Oxunma sayı: 2885

Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani martın 7-də Azərbaycana rəsmi səfərə gəlib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qətərin Əmirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Əmir şeyx Təmim bin Həməd Al Tanini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.