Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani ABŞ-a səfər edəcək.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Prezident Birləşmiş Ştatlar və Qətər arasında əlaqələrin möhkəmləndirilməsi və iqtisadiyyat və təhlükəsizlik sahəsində bizim ümumi prioritetlərmizi irəli çəkmək yollarını müzakirə etməyə ümid edir”, deyə məlumatda bildirilir.
Qeyd edək ki, Qətər Əmirinin Trampla görüşü Səudiyyə Ərəbistanı vəliəhdinin ABŞ səfərindən bir neçə gün sonra aprelin 10-da baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər