Qətər girovlara görə terrorçulara milyard dollar ödəyib - Böhranın sirri

qeter-girovlara-gore-terrorculara-milyard-dollar-odeyib
Oxunma sayı: 654

Qətər İraqda girovluqda saxlanılan kral ailəsinin üzvləri üçün milyard dollara yaxın pul ödəyib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Financial Times öz mənbəsinə istinadən məlumat yayıb. 

Silahlı qruplaşmanın komandirinin sözlərinə görə, Doha bu məbləği 26 qətərli kral ailəsinin üzvü və Suriyada cihadçılar tərəfindən girov götürülən 50 döyüşçü üçün ödəyib. 

Məlumata görə, Qətər pulları “Əl-Qaidə” ilə əlaqəsi olan, Suriyada döyüşən qruplaşmaya və İranın təhlükəsizlik xidmətinə ödəyib. 

Financial Times qeyd edir ki, anlaşma apreldə baş tutub. 

Qeyd edilir ki, naməlum silahlı şəxslər 2015-ci ilin dekabrında Nəcəf səhrasında şahinlərlə ov edən qətərli ovçuları qaçırmışdılar. Girovların azad edilməsi üçün bir ildən çox İran, Qətər və “Hizbullah”la arasında danışıqlar davam etmişdi.