Qətər İranı udub finala çıxdı - Video

qeter-irani-udub-finala-cixdi
Oxunma sayı: 1995

Qətərdə keçirilən Asiya kubokunda növbəti finalçı bəlli olub. “Qafqazinfo” xəbər verir ki, İran millisi Qətərlə üz-üzə gəlib.

Ev sahibləri iranlılara 3:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Qeyd edək ki, birinci finalçı isə yarımfinalda Cənubi Koreyanı 2:0 məğlub edən İordaniya yığması idi.

İordaniya - Qətər finalı fevralın 10-da baş tutacaq.