Qətər Qəzzanın bərpası üçün 500 milyon dollar ayıracaq

qeter-qezzanin-berpasi-ucun-500-milyon-dollar-ayiracaq
Oxunma sayı: 1199

Qətər Fələstin-İsrail toqquşmalarından sonra ciddi zərər görmüş Qəzza zolağının bərpası üçün 500 milyon dollar ayıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani tvitterdə məlumat verib.

Nazir Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Sani adından maliyyə yardımının ayrılacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl Misir Prezidenti Əbdülfəttah əs-Sisi də Qəzzanın bərpası üçün 500 milyon dollar yardım vəd etmişdi.