Qətər hökuməti İsrailin işğalı altında olan Qəzzanın bərpasını nəzərdə tutan 3 layihə həyata keçirəcəyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu layihələrə ümumilikdə 5 milyon dollar xərclənəcək.
Bundan başqa, Gündəlik Müalicə Mərkəzi adlı səhiyyə ocağı inşa ediləcək. Burada insult keçirənlər də müalicə ala biləcək.
Zəhra şəhərindəki Ədalət Sarayı restavrasiya ediləcək. Həmçinin, Əməl adlı məktəb təmir edilərək, laboratoriya və elmi araşdırmalar üçün müasit avadanlıqlara təchiz olunacaq.
Qeyd edək ki, Qətər 2014-cü ildən etibarən Qəzzada bu istiqamətdə müəyyən layihələr həyata keçirir.
Son xəbərlər
Son Xəbərlər