Qətər, Türkiyə və Əfqanıstan razılığa gəldilər

qeter-turkiye-ve-efqanistan-raziliga-geldiler
Oxunma sayı: 1425

Qətər və Türkiyə Kabil Beynəlxalq Hava Limanının idarə olunmasına dair Əfqanıstanın müvəqqəti hökumət nümayəndələri ilə razılığa gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qətərin Xarici İşlər Nazirliyinə istinadən “Pajhwok” agentliyi yayıb.

Agentlik qeyd edir ki, burada söhbət Kabil aeroportunun idarə olunması və bir neçə hissələrindən istifadə, eləcə də bir sıra digər əsas məsələlərdən gedir.

Razılaşmanın digər detalları açıqlanmayıb.