Fevralın 16-da Qətər Dövlətinin dünyaca məhşur və görkəmli muzeyi sayılan Şeyx Faysal Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan güşəsinin açılış mərasimi keçirilib.
Mədəniyyat Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, mərasimdə Şeyx Faysal muzeyinin qurucusu bin Qassim Al Tani, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov, Qətərdəki diplomatik korpusun üzvləri, diplomatlar, Qətər ictimaiyyətinin nümayəndələri, Qətərdə yaşayan Azərbaycanlılar və mətbuat nümayəndələri iştirak ediblər.
Açılış mərasimindən öncə çıxış edən Rəşad İsmayılov iki ölkə arasında bütün sahələrdə yüksələn xətlə davam edən əlaqələrdən söhbət açıb və bu əlaqələrin mədəni sahədə də uğurla davam etdiyini vurğulayıb.
Sonra tədbirdə çıxış edən muzeyin qurucusu Şeyx Faysal bin Qassim Al Tani öz ürək sözlərini ifadə edərək bu cür eksponantları muzeydə sərgiləməkdən məmnunluq hissi keçirdiklərini qeyd edib.
Muzeylə tanış olan iştirakçılar burada olan nadir eksponanları maraqla izləyiblər. Tədbirin sonunda qonaqlar xatirə şəkli çəkdiriblər.



Son xəbərlər
Son Xəbərlər