Qətərdən 4 ərəb ölkəsinin ittihamlarına cavab

qeterden-4-ereb-olkesinin-ittihamlarina-cavab
Oxunma sayı: 664

Qətər onunla diplomatik əlaqələri kəsən dörd ərəb ölkəsinin ittihamlarını təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, Qətər XİN-i bununla bağlı bəyanat yayıb: 

“Qətər dövləti Fars Körfəzi ölkələrinin Əməkdaşlıq Şurasının həqiqi üzvüdür, onun nizamnaməsinə əməl edir, digər ölkələrin suverenliyinə hörmət edir və onların daxili işlərinə qarışmır, həmçinin terrorizm və ekstremizmlə mübarizə ilə bağlı öhdəliklərini yerinə yetirir”. 

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir Qətərlə bütün diplomatik əlaqələrini kəsdiklərini elan ediblər. 

Qətər bu addımla həmin ölkələrin əslində Dohaya iradələrini yeritməyə çalışdıqlarını əlavə edib: “Uydurma səbəblər irəli sürərək qardaş ölkəyə qarşı tədbirlər görmək bir daha sübut edir ki, bu hərəkət üçün real səbəb mövcud deyil”.