Qətərdən Messiyə bir milyardlıq təklif

qeterden-messiye-bir-milyardliq-teklif
Oxunma sayı: 4230

Qətərin “Əl-Sədd” klubu argentinalı ulduz futbolçu Lionel Messiyə 1 milyard avro dəyərində müqavilə təklif edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “101 Great Goals” yayıb. Məlumatda qeyd olunur ki, “Əl-Sədd” klubu Messiyə ümumi dəyəri 1 milyard avro olan üç illik müqavilə təklif edir. 

Qeyd edək ki, “Barselona” klubu avqustun 5-i Messinin komandadan gedişini elan edib. Bunun ardınca ulduz futbolçuya iki klubdan ciddi təklif gəlib. Bunlar “Mançester Siti” və PSJ-dir. Leonun yaxın günlərdə son qərarı verəcəyi gözlənilir.