Qətər ona embarqo qoyan ərəb ölkələrinə qarşı iddia qaldıracaq.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin İqtisadiyyat və Ticarət naziri Şeyx Əhməd bin Casim bin Məhəmməd Əl Sani Cenevrədə Dünya İqtisadi Forumunda deyib. O, Qətər hökumətinin Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir əleyhinə beynəlxalq məhkəmələrdə iddia qaldıracağını və zərərin ödəməsi üçün təzminat tələb edəcəyini bildirib.
Nazir iddiaların qaldırılacağı dəqiq tarixi açıqlamasa da “Qətər lazım olan bütün hüquqi prosedurları həyata keçirəcək. Embarqo tətbiq edən ölkələrin mühakimə olunması üçün regional, həmçinin, beynəlxalq məhkəmələrə və qurumlara müraciət edəcək”,-deyib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər