Asiya kubokunun qalibi müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən turnirin finalında Yaponiya və Qətər milliləri qarşılaşıb.
Qətər güclü rəqibini 3:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Asiya çempionu olub.
Qətər turnirdə bütün oyunları qalib başa vuran ilk çempion kimi də tarixi düşüb. Bu komanda turnir ərzində keçirdiyi 7 oyunda 19 qol vurub, qapısında isə cəmi bir qol görüb. Həmin qolu da finalda Yaponiya vurub.
Çempionn komandanın 22 yaşlı hücumçusu Almoez Əli finalda da 1 dəfə fərqlənərək turnirdəki qollarının sayını 9-a çatdırıb və Asiya kuboku tarixində bir turnirdə ən çox qol vuran futbolçu kimi rekorda sahib olub.
Yaponiya millisi isə bundan öncə oynadığı 4 final matçını (1992, 2000, 2004 və 2011) qazansa da, 5-ci final oyununda bunu bacarmadı.












Son xəbərlər
Son Xəbərlər