Qətəri boykot edən ölkələr sırasına biri də qoşuldu

qeteri-boykot-eden-olkeler-sirasina-biri-de-qosuldu
Oxunma sayı: 654

Qətərlə diplomatik əlaqələri kəsən ölkələrin sırasına Mavritaniya da qoşulub. “Qafqazinfo” xəbər verir ki, bununla da rəsmi Doha ilə əlaqələri dayandıran ölkə sayı 9-a çatıb. 

Rəsmi xəbər agentliyinin yaydığı məlumatda qeyd edilir ki, Qətər mövcud siyasətini davam etdirməkdə israrlı olduğu üçün əlaqələr kəsilib. 

Qeyd edək ki, Qətərə qarşı boykotçu ölkələrin sırasına İordaniya, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir, Yəmən, Maldiv Adaları və Liviya da qoşulub.