Qətərin dünyadakı fantastik yatırımları

qeterin-dunyadaki-fantastik-yatirimlari
Oxunma sayı: 792

Məlum olduğu kimi Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir, Yəmən, Maldiv Adaları və Liviya Qətərlə diplomatik əlaqələri kəsiblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ən varlı ərəb ölkələrindən biri olan Qətərin hazırda digər ölkələrlə quru, dəniz və hava ilə əlaqələri kəsilib. Hazırda uçuşlar üçün yalnız İran hava məkanından istifadə edilir.

Türkiyə və Əlcəzair hökuməti açıqlama yayaraq tərəflər arasında dialoqun qurulmasında və münasibətlərin yenidən normallaşdırılmasında rol oynaya biləcəklərini elan ediblər. İran isə Qətərə ərzaq ixrac edə biləcəyini açıqlayıb.

Diplomatik münasibətləri kəsən ölkələr Qətəri terrorçulara dəstək verməkdə günahlandırırlar.

Məlumat üçün bildirək ki, 1,7 milyon əhalisi olan Qətərin ərazisi cəmi 11,4 min km²-dir. Əhalinin gəliri adambaşına 130 min dollardır.

Sənayedən bank sektoruna, neft və qazdan dəniz məhsullarının ixracına qədər bir çox sahədə böyük gəliri olan bu ölkə, həm də başqa ölkələrə qoyduğu böyük investisiya ilə də adından söz etdirib. Belə ki, hazırda Qətərin dünyada 335 milyard dollardan çox sərmayəsi var.