ABŞ-ın paytaxtı Vaşinqtonda İŞİD -ə qarşı koalisiyanın iclası keçirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iclasda Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu-Zeyd Qətərin koalisiyadan çıxarılmasını tələb edib.
O, terrorizmi dəstəkləyən ölkənin koalisiyada yerinin olmadığını deyib.
Daha sonra Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ nümayəndələri də Əbu-Zeydin fikrini dəstəkləyiblər.
Qeyd edək ki, iyun ayında 9 ölkə terrorizmə dəstək verməkdə ittiham etdikləri Qətərlə diplomatic əlaqələrini kəsib.
Son xəbərlər
Son Xəbərlər