“Qətərin mövqeyi bəyənilir” - Tillerson

qeterin-movqeyi-beyenilir
Oxunma sayı: 741

ABŞ-ın xarici işlər naziri Reks Tillerson Qətərə səfəri zamanı jurnalistlərə açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tillerson “Körfəz böhranı”nda Qətərin tutduğu mövqeyin bəyənilən olduğunu söyləyib.

O deyib ki, Qətər öz münasibətini açıq şəkildə ortaya qoya bilib.

Qeyd edək ki, Türkiyə və Küveyt səfərindən sonra Qətərə yollanan R.Tillerson, sabah Səudiyyə Ərəbistanın Ciddə şəhərində bu ölkə ilə yanaşı, BƏƏ, Bəhreyn və Misir xarici işlər nazirləri ilə görüşəcək.