Qətərin XİN rəhbəri Rusiyaya gedir

qeterin-xin-rehberi-rusiyaya-gedir
Oxunma sayı: 636

Qətərin XİN rəhbəri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Təni  bu şənbə Moskvaya səfər edəcək.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, qətərli nazir həmkarı Sergey Lavrovla danışıqlar aparacaq. 

Səfər Doha ilə bir sıra ərəb ölkələri arasında yaşanan diplomatik qalmaqal fonunda baş tutacaq. 

Qeyd edək ki, Körfəz Ölkələri Əməkdaşlıq Şurasına daxil olan ölkələrdən cəmi ikisi – Küveyt və Oman Qətərlə diplomatik əlaqələri kəsməyib.

Rəsmi Doha isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək cavab tədbirləri görməyəcəyini bəyan edib.