Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı səfərlərin və biznes dairələrinin təmaslarının artırılmasının vacibliyi vurğulanıb.
Səfir Səyar Rəhman Əl-Mavdah ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. O, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Elmar Məmmədyarov yeni səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Son xəbərlər
Son Xəbərlər