Qətldə şübhəli bilinən iki nəfər saxlanıldı

qetlde-subheli-bilinen-iki-nefer-saxlanildi
Oxunma sayı: 1580

22 oktyabr 2015-ci il tarixdə “Yuxarı Qarabağ” kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində rayon sakini Valeh İsmayılovun meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Ağcəbədi rayon sakinləri - 1979-cu il təvəllüdlü Xəyyam Salahov və 1987-ci il təvəllüdlü Namiq Məmmədov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından, onlar fevralın 15-də tutularaq istintaqa cəlb olunub. İstintaqla müəyyən edilib ki, 17 oktyabr 2015-ci il tarixdə saat 07 radələrində X.Salahov N.Məmmədovla qabaqcadan əlbir olaraq tamah məqsədilə V.İsmaylovu sonuncuya məxsus “VAZ-21015” markalı avtomaşında əlləri ilə boğaraq öldürüb və üstündə olan pulunu ələ keçiriblər. Daha sonra cinayətin izini itirmək məqsədi ilə meyiti kanala atıblar. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Murad Əhməd